Kiyev Donbassda sükut rejimini bərpa etməyə hazırdır

kiyev-donbassda-sukut-rejimini-berpa-etmeye-hazirdir
Oxunma sayı: 2506

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, Kiyev Donbassda atəşkəsin bərpası üçün lazım olan hər şeyi etməyə hazırdır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Vereşçuk sabah üçtərəfli təmas qrupunun görüşünün keçirilməsinə ümid etdiyini deyib: 

“Ümid edirik ki, belə bir görüş sabah baş tutacaq. Biz işləməyə, dialoqa hazırıq, atəşkəsin davam etməsi, atəşkəs rejiminin bərpa olunması üçün hər şeyi etməyə hazırıq”, - baş nazirin müavini qeyd edib.