“Kiyev küçələrində tanklar görürsünüz?” - Zelenski

kiyev-kucelerinde-tanklar-gorursunuz
Oxunma sayı: 2764

Ukrayna Prezidenti Vladimir Zelenski dünya liderlərini Rusiyanın Ukraynaya genişmiqyaslı işğala hazırlığı ətrafında çaxnaşma yaratmamağa çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə müsahibəsində danışıb. 

Zelenskinin sözlərinə görə, o hesab edir ki, Rusiyanın işğalı təhlükəsi ötən ilin yanvarında olduğundan yüksək deyil. Lakin yaradılan “çaxnaşma” səbəbindən Ukrayna “iqtisadiyyatını itirə bilər”: 

“Hətta dövlətlərin hörmətli liderlərindən siqnallar gəlib, onlar artıq açıq deyirlər, hətta diplomatik dildə belə deyirlər: “Sabah müharibə olacaq”. Bu, təşvişdir. Bazarlarda, maliyyə sektorunda çaxnaşma salmaqdır.

Jurnalistlər vəziyyətin necə olduğunu bilmək istəyirlərsə, Kiyevə getsinlər... Küçələrdə gəzən tankları görürsünüz? Yox. Ancaq KİV-də belə təəssürat yaradılıb ki, bizdə müharibə gedir, qoşunlar küçələrdə gəzir, səfərbərlik var, insanlar harasa gedirlər. Bu, belə deyil”.