Kiyev mümkün fövqəladə vəziyyətə hazırlaşır...

kiyev-mumkun-fovqelade-veziyyete-hazirlasir
Oxunma sayı: 3400

Ukraynanın paytaxtı Kiyev mümkün fövqəladə vəziyyət rejiminə hazırlaşır.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyevin meri Vitaliy Kliçko açıqlayıb. 

Onun sözlərinə görə, paytaxtın kritik və sosial infrastruktur obyektləri mümkün fövqəladə vəziyyət şərtlərində işləməyə dair hazırlıq rejimində çalışır. 

Kliçko qeyd edib ki, hakimiyyətin səyləri mümkün təxribatların qarşısını almağa və ya aradan qaldırmağa, eləcə də mümkün hərbi hücum şərtlərində tab gətirməyə yönəlib.

Bununla yanaşı, şəhər rəhbərliyi tərəfindən yanacaq ehtiyatları yaradılıb və elektrik generatorları quraşdırılıb. Həmçinin, paytaxtda təxliyə üçün xüsusi komissiyalar yaradılıb.