“Kiyev rejimi Putinə qarşı uğursuz sui-qəsd hazırlayıb”

kiyev-rejimi-putine-qarsi-ugursuz-sui-qesd-hazirlayib
Oxunma sayı: 2162

“Kiyev rejimi anqlo-sakson sahiblərinin birbaşa iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinə qarşı uğursuz sui-qəsd hazırlamaqla məşğul olub”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə danışıb. 

“Ukrayna Baş Kəşfiyyat idarəsinin rəhbəri Kirill Budanovun açıqlamasına diqqət yetirdik. O, iyulun 13-də Ukrayna nəşrinə müsahibəsində Rusiya Prezidentinə qarşı uğursuz sui-qəsd cəhdləri barədə etiraf edib. Şübhə yoxdur ki, bu cür cinayətlər Kiyev rejiminin anqlo-sakson sahiblərinin birbaşa iştirakı ilə planlaşdırılıb və maliyyələşdirilib. Kollektiv Qərb bununla da Kiyev rejiminin cinayətkar fəaliyətinin iştirakçısına çevrilir”, - deyə diplomat qeyd edib.