“Kiyev üçün məqbul olan şərtlərlə sülh bağlamalıdır”

kiyev-ucun-meqbul-olan-sertlerle-sulh-baglamalidir
Oxunma sayı: 2614

Böyük Britaniyanın Baş naziri Rişi Sunak İsveçrədə keçirilən forumda bildirib ki, Rusiya və Ukrayna yalnız Kiyev üçün məqbul olan şərtlərlə sülh bağlamalıdır.

“Qafqazinfo” xəbər verir ki, onun sözlərini “Sky News” yayıb.

“Rusiya Prezidenti Vladimir Putin əsl sülhdə maraqlı deyil. O, daim bu sammitə qarşı diplomatik kampaniya aparır, ölkələri danışıqlara hazır olduqlarını iddia edərək, bu sammitdə iştirakdan çəkinməyə çağırır”, - Britaniya lideri bildirib.

Sunakın sözlərinə görə, Rusiyanın müttəfiqləri indi tarixin yanlış tərəfindədir.