Kiyev üçün təhlükə aradan qaldırıldı

kiyev-ucun-tehluke-aradan-qaldirildi
Oxunma sayı: 8831

Ukraynanın paytaxtı Kiyev üçün təhlükə aradan qaldırılıb.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.

"Biz Ukraynanın paytaxtı - Kiyev şəhəri üçün birbaşa təhlükəni aradan qaldıra bildik. Bununla belə, raket və bomba hücumları təhlükəsi bütün ölkə üçün qalır", - Zalujnı deyib.