Kiyev vilayətində 1235 dinc sakinin cəsədi aşkar olunub

kiyev-vilayetinde-1235-dinc-sakinin-cesedi-askar-olunub
Oxunma sayı: 1488

Ötən sutka ərzində Ukraynanın Kiyev vilayətində daha 20 dinc sakinin cəsədi aşkar olunub.

“Qafqazinfo” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin polis rəisi Andrey Nebıtov açıqlayıb.

O bildirib ki, mayın 4-nə olan məlumata görə, Kiyev vilayətinin polisi 1235 dinc sakinin cəsədini aşkar edib. Onlardan 282 nəfərin şəxsiyyətini hələ müəyyən etmək mümkün olmayıb.