“Kiyev vilayətindən geri çəkilməyi Putin əmr etdi” - Peskov

kiyev-vilayetinden-geri-cekilmeyi-putin-emr-etdi
Oxunma sayı: 4064

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya qoşunlarının Kiyev vilayətindən geri çəkilməsinə münasibət bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Peskov bu barədə Fransanın “LCI” telekanalına müsahibəsində danışıb. 

“Danışıqlarla bağlı əlverişli şərait yaratmaq üçün xoşməramlı jest etmək istədik. Danışıqlar zamanı ciddi qərarlar qəbul edə bilərik, bu səbəbdən də Prezident Putin qoşunlarımıza Kiyev vilayətindən çəkilməyi əmr etdi”, - deyə Peskov söyləyib.