Kiyev yaxınlığında yük qatarı relsdən çıxıb

kiyev-yaxinliginda-yuk-qatari-relsden-cixib
Oxunma sayı: 1265

Ukraynanın Kiyev şəhəri yaxınlığında, Borispolda yük qatarı relsdən çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Borispol meri Vladimir Borisenko öz teleqram kanalında məlumat verib:

“Qatar Privokzalnaya küçəsindəki keçiddə relsdən çıxıb. Səhərə qədər stansiyadan hərəkət məhdudlaşdırılacaq”.

Mer hadisənin səbəbləri, zərərçəkənlər və dəymiş ziyanla bağlı məlumat paylaşmayıb.