Kiyevdə avtomobil partladılıb - Ölən və yaralanan var

kiyevde-avtomobil-partladilib
Oxunma sayı: 1287

Ukraynanın paytaxtı Kiyevdə avtomobil partlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Polisini Facebook səhifəsində məlumat yayılıb.

Məlumata əsasən, insident Darnistkom rayonunda qeydə alınıb. Maşının partlaması nəticəsində 1 nəfər həlak olub, daha 1 nəfər isə xəsarət alıb. Yaralı şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə mütəxəsisslər cəlb olunub. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

İlkin məlumata görə, avtomobildə əl qumbarası partlayıb. Faktla bağlı cinayət işi açılıb.