Kiyevdə “Bakı-2015” yürüşü- - Fotolar

kiyevde-baki-2015-yurusu-
Oxunma sayı: 2260


“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, Azərbaycan-Ukrayna Beynəlxalq Alyans, “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı və Trend İnformasiya Agentliyinin informasiya dəstəyi ilə baş tutan bayram yürüşündə Kiyevin tanınmış “Super Barabanşiçı” (Супер Барабанщицы) ansamblı şəhərin mərkəzi Xrişatik küçəsində I Avropa Oyunlarının loqosu olan bayraqlarla birgə marş keçiriblər.

Şəhərin mərkəzində bayram yürüşü zamanı, həmçinin paytaxtın sakinlərinə və qonaqlarına I Avropa Oyunları ilə bağlı bukletlər, jurnallar paylanılıb, onlara Oyunlar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, ilk Avropa Oyunları ilə bağlı tədbirlər Ukraynanın digər şəhərlərində də keçiriləcək.