Ukraynanın paytaxtı Kiyev şəhərində 16 mərtəbəli binaya mərmi düşüb.
“Qafqazinfo” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayıb.
Hadisə paytaxtın Svyatoşinski bölgəsində baş verib.
Binada əhəmiyyətli dərəcədə dağıntı və yanğın olub. Nəticədə 2 nəfər həlak olub.
Binadan daha 27 nəfər xilas edilib.












Son xəbərlər
Son Xəbərlər