Kiyevdə bomba xəbərdarlığı - Yüzlərlə insan təxliyyə edildi

kiyevde-bomba-xeberdarligi
Oxunma sayı: 1305

Ukraynanın paytaxtı Kiyevdə bir neçə yerə bomba qoyulduğu ilə bağlı polisə anonim zəng daxil olub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik məqsədilə şəhərin mərkəzindəki Beynəlxalq Müasir İncəsənət Mərkəzi, Müstəqillik Meydanı, “Qlobus” ticarət mərkəzi və bir neçə hotel boşaldılıb.

Əraziyə çoxlu partlayıcıları zərərsizləşdirmə üzrə mütəxəssislər cəlb edilib.