Kiyevdə daha bir yaşayış binası atəşə tutuldu, ölən var - Video + Yenilənib

kiyevde-daha-bir-yasayis-binasi-atese-tutuldu-olen-var
Oxunma sayı: 1987

Ukraynanın paytaxtı Kiyevin Podolsk bölgəsində yaşayış binası Rusiya Silahlı Qüvvələrinin atəşinə məruz qalıb.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyev Şəhər Dövlət Administrasiyası yayıb.

Məlumata görə, hadisə yerində artıq xilasedicilər və həkim briqadası çalışır.

Hazırda zərər görən evlərin və yaralıların sayı dəqiqləşdirilir.

***

Podolskda yaşayış binasına raketin qalıqlarının düşməsindən sonra yanğın baş verib, nəticədə bir nəfər ölüb.