Kiyevdə evin üzərinə təyyarə qalıqları düşdü, yanğın oldu - Foto + Yenilənib

kiyevde-evin-uzerine-teyyare-qaliqlari-dusdu-yangin-oldu
Oxunma sayı: 2885

Bu gün səhər saatlarında Kiyevin Sadovaya küçəsində yerləşən ikimərtəbəli evin üzərinə təyyarə qalıqları düşüb, nəticədə yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Həlak olanlar və xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb.

***

Kiyevdə ikimərtəbəli evin üzərinə təyyarə qalıqlarının düşməsi ilə bağlı detallar məlum olub. Ukraynalı deputat Aleksey Qonçarenkonun sözlərinə görə, Kiyev üzərində Rusiyaya məxsus “Su-27” təyyarəsi vurulub.