Kiyevdə “həyasız cinayət” - Tarixi tikilini sökdülər

kiyevde-heyasiz-cinayet
Oxunma sayı: 9231

Kiyevin mərkəzində naməlum şəxslər 19-cu əsrin sonlarına aid tarixi Zelenski malikanəsini söküblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının Mədəni İrsin Mühafizəsi Departamenti məlumat yayıb.

Ev Aleksandr Konisski küçəsi 22 ünvanında yerləşən bina 1890-ci ildə tikilib.

Departament evin sökülməsini “həyasız cinayət” adlandırıb.

Ukrayna mətbuatının yazdığına görə, bu ərazidə Turgenev yaşayış kompleksinin tikintisi planlaşdırılır.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, bundan əvvəl Kiyev şəhər şurası Rusiya və SSRİ ilə əlaqəli olan daha 53 memorial obyektin sökülməsi barədə qərar qəbul edib.