Kiyevdə mehmanxanada güclü yanğın - Fotolar

kiyevde-mehmanxanada-guclu-yangin
Oxunma sayı: 1637

Bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə dördmərtəbəli binada yanğın baş verib.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, sözügedən binada mehmanxana yerləşib.

Hadisə yerinə cəlb olunan xilasedicilər 5 nəfəri xilas edib, daha 98 nəfəri isə təxliyə etməyə nail olub.

Bir neçə saatlıq mübarizədən sonra yanğın söndürülüb.