"Qafqazinfo" xəbər verir ki, APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, hadisə “Ukrinbank” bankının qarşısında baş verib.
Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomobildən düşüb və bankın 4-cü mərtəbəsini minaatandan atəşə tutub.
Hadisə yerinə çox sayda polis qüvvəsi cəlb edilib. Bununla belə, hadisə ilə bağlı rəsmi qurumlar hələ ki, açıqlama vermirlər.İlkin məlumata əsasən, ölən və xəsarət alan yoxdur.
Son xəbərlər
Son Xəbərlər