Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyev polisi məlumat yayıb.
Məlumata əsasən, partlayış yerli vaxtla 00.40-da Qələbə prospektində "Kiyevenerqo" binasının yanında qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Binaya maddi ziyan dəyib.
Polisin ehtimalına görə, cinayətkar əl bombasından istifadə edib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər