Ukraynanın paytaxtı Kiyevdə bir neçə partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kiyevin meri Vitaliy Kliçko öz teleqram kanalında açıqlayıb.
Partlayışlar paytaxtın Darnitski və Dneprovski bölgələrində qeydə alınıb.
Onun sözlərinə görə, Darnitskidə raket qalıqlarının yerə düşməsi nəticəsində yanğın baş verib.
Tələfat barədə məlumat verilməyib. Ümumilikdə isə Ukraynanın bütün ərazisində hava hücumu təhlükəsi elan edilib.


Son xəbərlər
Son Xəbərlər