Kiyevdə sakinlərin sayı 20 % azalıb

kiyevde-sakinlerin-sayi-20-azalib
Oxunma sayı: 916

Ukraynanın paytaxtı Kiyevin sakinlərinin sayı müharibədən əvvəlki dövrlə müqayisədə 20% azalıb.

“Qafqazinfo” “Strana” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ali Radanın deputatı Yaroslav Jeleznyak açıqlayıb.

Onun sözlərinə görə, müharibədən əvvəl Kiyevdə 3,7 milyon sakin olub: “Cari payıza olan məlumata görə, Kiyevdə 3 milyon əhali var, onlardan 400 mini digər regionlardan məcburi olaraq paytaxta gələnlərdir. Beləliklə, paytaxt sakinlərinin sayı 700 min nəfər azalıb”.