Kiyevdə surroqat analardan doğulan körpələr otelə yerləşdirildi - Video

kiyevde-surroqat-analardan-dogulan-korpeler-otele-yerlesdirildi
Oxunma sayı: 2675

Ukraynada surroqat analardan dünyaya gələn onlarla körpə ölkə xaricindəki genetik valideynlərinə çatdırıla bilmədiyinə görə Kiyevdə bir otelə yerləşdirilib.

“Qafqazinfo” “Hürriyət”ə istinadən xəbər verir ki, Ukrayna paytaxtında özəl klinikada surroqat anaların dünyaya gətirdiyi və ölkə sərhədləri bağlı olduğu üçün genetik valideynlərinə çatdırıla bilməyən 46 körpə Kiyevdə bir otelə yerləşdirilib. Körpələrin ailələri hazırda ABŞ, İtaliya, İspaniya, İngiltərə, Çin, Fransa və Almaniyadadır.

Otel rəsmiləri körpələrin dayə nəzarəti altında olduğunu və səhhətlərinin yaxşı olduğunu bildirib. Körpələrlə yaxından maraqlanan klinika həkimlərinin sözlərinə görə, onlar hər gün videozəng vasitəsilə ailələrinə göstərilir.

Qeyd edək ki, Ukraynada qanunvericilik, hətta xarici ölkə vətəndaşlarına kommersiya məqsədli surroqat analıq xidməti göstərməyə icazə verir. Statistikaya görə, bu xidmətlərin sayına görə Ukrayna Avropada birinci sırada yer alıb. Dünyanın bir çox ölkəsində isə bu prosedur hüquqi və etik standartlar baxımından qadağan edilib.