Kiyevdə Xocalıya həsr edilmiş film nümayiş olundu - Video

kiyevde-xocaliya-hesr-edilmis-film-numayis-olundu
Oxunma sayı: 1652

Bu gün Kiyev şəhər kinoteatrında Xocalı faciəsinə həsr olunmuş “Sonsuz dəhliz” filmi nümayiş etdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin məlumat verib. O bildirib ki, filmin nümayişinə litvalı kinoşünas, ekran əsərinin müəllifi, rejissor və prodüseri Aleksandras Brokas da dəvət olunub.

“Film dünyanın bir çox kinozallarında nümayiş etdirilib, xüsusi mükafata layiq görülüb. Film çox təsirlidir. Filmin nümayişində yerli və xarici media nümayəndələri, Ukrayna Radasının deputatları, siyasətçilər, Azərbaycan diasporunun ziyalıları, müsəlman icmalarının şeyxləri, rəhbərləri, başqa dini təşkilatların nümayəndələri iştirak ediblər”, - deyə Krapivin qeyd edib.