“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, təqdimat mərasimi Ukrayna Səhiyyə Nazirliyinin diplomdan sonrakı təhsil üzrə P.L.Şupik adına Milli Tibb Akademiyasının Elmi Şurasının Böyük zalında keçirilib.
Tədbirdə Mərkəzin idarə heyətinin, təşkilatın Əlaqələndirmə Şurasının və Elmi Şurasının üzvləri, tibb elmləri, təhsil və səhiyyə sahəsində tanınmış ukraynalı alimlər, Azərbaycan, Ukrayna, Çexiya və Polşa KİV-lərinin nümayəndələri iştirak ediblər.
Akademik Y.Vdoviçenko Ukrayna ilə Azərbaycan arasında dostluğun sarsılmazlığına dərin inamını bildirərək iki dost ölkə arasında tibb elmləri, səhiyyə və təhsil sahələrində əməkdaşlıq üçün böyük potensial olmasını qeyd edib. O, Ukraynada görkəmli Azərbaycan alimi , dünya şöhrətli oftalmoloq, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəz yaradılmasının əhəmiyyətini xüsusi vurğulayaraq bu Mərkəzlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Son xəbərlər
Son Xəbərlər