Kiyevdəki səfirliyimiz fəaliyyətini bərpa etdi

kiyevdeki-sefirliyimiz-fealiyyetini-berpa-etdi
Oxunma sayı: 1302

Aprelin 29-dan etibarən Azərbaycanın Ukraynadakı Səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib.

Bu barədə “Qafqazinfo”ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfirliyin ünvanı dəyişməyib və aşağıdakı kimidir:

Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24

Telefon: +380 44 484 69 40

Faks: +380 44 484 69 32

Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən başlayaraq aşağıdakı qrafik üzrə hər gün işləyəcək:

Müraciətlərin qəbulu - 10:00-13:00

Hazır sənədlərin verilməsi - 15:00-18:00

Səfirliyin Konsulluq şöbəsi ilə +380 73 505 00 00 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.

Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, səfirliyin Lvov şəhəri Fedkoviça 60a ünvanında yerləşən müvəqqəti ofisində mümkün konsulluq xidmətlərinin göstərilməsi 6 may 2022-ci il tarixinədək eyni qrafiklə davam etdiriləcək. Səfirliyin Lvov şəhərində ofisi ilə +380 99 408 99 43 nömrəsi ilə əlaqə saxlamaq olar.

Həmçinin diqqətə çatdırırıq ki, vəziyyətlə əlaqədar müvəqqəti olaraq Azərbaycan Respublikasında verilmiş sənədlərin səfirlikdə yenilənməsi fiziki olaraq mümkün deyil.