Kiyevdən bu şəhərə gediş məhdudlaşdırıldı

kiyevden-bu-sehere-gedis-mehdudlasdirildi
Oxunma sayı: 4621

Kiyevdən Brovarıya gediş məhdudlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhər meri İqor Sapojko Teleqram kanalında yazıb. 

Bildirilir ki, təxminən bir saat əvvəl Brovaridə hava hücumu nəticəsində 6 nəfər yaralanıb.

“Hava hücumundan sonra altı yaralımız var”, - Sapojko yazıb.

Mer bildirib ki, hava hücumu Brovarı kənarında Kiyev istiqamətində olub.

Mer şəhər sakinlərini sığınacaqdan çıxmamağa çağırıb.