Kiyevə raket zərbələri endirildi

kiyeve-raket-zerbeleri-endirildi
Oxunma sayı: 6949

Kiyevə raket zərbələri endirilib.

“Qafqazinfo” Unian.net-ə istinadən xəbər verir ki, raket hücumu nəticəsində bir nəfər yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, zərbələr Darnitsa və Dneprovski rayonlarına endirilib:  
“Paytaxtın Darnitsa və Dneprovski rayonlarında səhər saatlarında baş verən partlayışlara gəlincə. Hazırda infrastruktur obyektlərinə raket zərbələri nəticəsində tələfat yoxdur. Zərərçəkənlərdən biri xəstəxanaya yerləşdirilib. Hücum baş verən yerlərdə xidmətlər hələ də işləyir".

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da Kiyevin mülki infrastrukturuna zərbələrin endirilməsini təsdiqləyib.

“Təcavüzkar, dövlətimizin ərazisində, xüsusən də Kiyevdəki hərbi və mülki infrastruktur obyektlərinə raket və hava zərbələri endirməkdə davam edir”, - deyə məlumatda bildirilir.