Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Ukraynanın paytaxtı Kiyevə səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Leyen öz “X” hesabında paylaşıb.
“Bu, mənim Kiyevə səkkizinci səfərimdir”, - deyə o qeyd edib.
Avropa Komissiyasının rəhbəri Ukraynada müdafiə məsələləri, eləcə də bir sıra digər mövzular ətrafında fikir mübadiləsi aparacaq.