Kiyevə uçanların nəzərinə

Kiyevə uçanların nəzərinə
Oxunma sayı: 1198

2019-cu il sentyabrın 2-dən sentyabrın 12-dək “Buta Airways”in Kiyev istiqamətində olan bütün reysləri “Borispol” beynəlxalq hava limanına həyata keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb “Julyanı” beynəlxalq hava limanının müvəqqəti bağlanması ilə əlaqədardır. 

Qeyd edək ki, 2019-cu ilin yay uçuş cədvəli (martın 31-dən oktyabrın 26-dək) çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə − çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir.

Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi