“Kiyevi hər ikinci sakin tərk edib”

kiyevi-her-ikinci-sakin-terk-edib
Oxunma sayı: 1982

“Hazırda hər ikinci sakin təhlükəsizlik problemlərinə görə Kiyevi tərk edib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko “Rada” kanalının efirində bildirib.

“Hazırda burada 2 milyondan az əhali yaşayır. Buna baxmayaraq, Kiyev indi qalaya çevrilib. Hər küçə, hər bina, hər keçid məntəqəsi möhkəmləndirilib”, - deyə o əlavə edib.

Qeyd edək ki, Rusiyanın fevralın 24-ü Ukraynaya qarşı başlatdığı xüsusi hərbi əməliyyatdan öncə Kiyev əhalisinin sayı 2 954 564 nəfər təşkil edib.