Kiyevin mərkəzində partlayış oldu, ölənlər var - Video

kiyevin-merkezinde-partlayis-oldu-olenler-var
Oxunma sayı: 1425

Kiyevin mərkəzində qumbara partlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Puşkin küçəsində baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər qadın isə yaralanıb. Hadisəyə küçədəki barların birinin yaxınlığında söhbət edən 2 nəfər kişinin əlindəki qumbaranın ehtiyatsız davranış nəticəsində partlaması səbəb olub.

Polis hadisə yerindədir. Araşdırma aparılır.