Hazırda Ukraynanın Kiyev və Xerson vilayətlərində partlayış səsləri eşidilir.
“Qafqazinfo” “Ukrainskaya pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətlərin rəhbərləri açıqlayıb.
Bununla yanaşı, Xarkov və Luqansk vilayətlərində də atəş səsləri eşidilir. Luqanskda ötən sutka ərzində 24 atışma hadisəsi qeydə alınıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Nəşr, həmçinin İzyum şəhəri və Donetsk vilayətində döyüşlərin getdiyini yazır.
Son xəbərlər
Son Xəbərlər