“Kızılcık şerbeti”nin Nilayı narkotikə görə saxlanılıbmış

kizilcik-serbetinin-nilayi-narkotike-gore-saxlanilibmis
Oxunma sayı: 3378

Türkiyəli aktrisa Feyza Civeleyin bir il əvvəl polis tərəfindən saxlanıldığı üzə çıxıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kızılcık şerbeti” serialında canlandırdığı “Nilay” obrazı ilə məşhurlaşan aktrisanın narkotik sifariş etdiyi aşkarlanıb.  

Belə ki, 29 oktyabr 2023-cü ildə polisin axtarışları zamanı bir motosikletçinin üzərindən narkotik vaistə tapılıb. Bu zaman 29 yaşlı aktrisa hadisə yerinə yaxınlaşaraq polislərin yanında həmin şəxsə “Malı gətirdinizmi?”, - deyə soruşub. 

Elə həmin məkanda polislərə açıqlama verən Feyza kuryerin hesabına narkotiki gətirmək üçün 6 min lirə göndərdiyini, məhsulu isə adını bilmədiyi dostuna aldığını iddia edib. O, qəbzi də polisə göstərib. 

Sifariş etdiyi narkotik aktrisanın əlində tutulmadığı üçün barəsində cinayət işi açılmayıb. Polis tərəfindən aparılan axtarış zamanı onun evində və üzərində narkotik vasitə tapılmayıb.