“Bu gün “Kızılelma”nın 6-cı və 7-ci uçuşlarında seriyalı eniş-qalxış və yüksək sürət sınaqlarını icra etdik. Müxtəlif böhtanlarla qarşımızı kəsməyə çalışanlar “Kızılelma”mıza çata bilməsin deyə sürətimizi hər sınaqda bir az daha artırırıq”.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar öz tviter səhifəsində yazıb.
O bildirib ki, “Kızılelma” dronu daha bir uğurlu sınaq uçuşunu icra edib:
"Mübarizəmiz ölkəmizdə və kosmosda müstəqil olana qədər davam edəcək”.
Son xəbərlər
Son Xəbərlər