Klaar Baş nazir müavinləri ilə kommunikasiyaların açılmasını müzakirə etdi

klaar-bas-nazir-muavinleri-ile-kommunikasiyalarin-acilmasini-muzakire-etdi
Oxunma sayı: 1665

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan Baş nazir müavinləri ilə regional kommunikasiyaların açılmasını müzakirə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb. 

“Dünən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə, bu gün isə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanla kommunikasiyaların yenidən açılması ilə bağlı əla görüşlərim oldu. Hər iki tərəfdən güclü öhdəlik görmək xoşdur”, - deyə Klaar qeyd edib.