Klaar Paşinyanla görüşdü - Yenilənib

klaar-pasinyanla-gorusdu
Oxunma sayı: 3427

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, rəsmi tviter hesabında yazıb.

Klaar İrəvanda bir sıra görüşlər keçirəcəyini qeyd edib.

***

Toivo Klaarla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Tərəflər görüş zamanı Avropa ittifaqı və Ermənistan arasında münasibətlərə dair məsələləri müzakirə ediblər.

Bununla yanaşı, Klaar və Paşinyan Cənubi Qafqazda 44 günlük müharibədən sonra yaranmış vəziyyət, sabitliyin təmin edilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar.