Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvana səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Klaar tviter hesabında paylaşım edib.
“İrəvanda Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Milli Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan, parlamentin vitse-spikeri Ruben Rubinyanla görüşümüz oldu. Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə məsələlərini müzakirə etdik”, - o yazıb.



Son xəbərlər
Son Xəbərlər