Klaarın yerinə o təyin edildi

klaarin-yerine-o-teyin-edildi
Oxunma sayı: 3024

Maqdalena Qrono Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsi təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı Şurası yayıb. 

Bildirilir ki, Qrono cari ilin sentyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, o bu vəzifədə Toivo Klaarı əvəz edəcək. Klaar 2017-ci ilin oktyabrından Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi olub.