Və yaxud ikiüzlü həqiqət
Edvard Snovdenin yeganə günahı ABŞ təhlükəsizlik servisinin siyasi tərbiyəsizlik edərək başqa ölkələri, onların səfirliklərini dinləməsini ortaya çıxarmasıdır. Buna görə o vətənə xəyanət ittihamıyla ölkə vətəndaşlığından çıxarılıb, vətənsiz insan edilib.
ABŞ-a qayıtdığı və ya təhvil verildiyi təqdirdə isə onu edam cəzası gözləyir. Peşəsindən uzaqlaşdırılması və işdən atılmasını bəlkə normal qarşılamaq olardı, ancaq bu cür repressiyaya məruz qalması ABŞ-ın insan haqqını kobud pozması deməkdir.
Eyni hadisəni İran, Rusiya təhlükəsizliyindən biri etsəydi, beynəlxalq media həmin adamı qəhrəman olaraq dünya ictimaiyyətinə tirajlayacaqdı. İndi isə Snovdena demokratiya beşiyi adlandırdığımız heç bir ölkə sahib çıxmır, təbii ki, ABŞ-dan çəkindiklərinə və milli maraqlarına görə.
Azərbaycanın amerikapərəst, qərbpərəst dırnaqarası demokratları isə bu məsələyə fikir bildirmir, bildirməyə tələsmir. Halbuki ədalət hər yerdə və hamı üçün eyni olmalıdır.
Çox istəyərdim ki, özünü azad sözün carçısı kimi təqdim edən "Azadlıq" radiosu öz verilişlərində Misiri, Türkiyəni, Rusiyanı, İranı müzakirə etdiyi qədər bu məsələni də müzakirəyə çıxarsın.
Azərbaycan müxalifəti ona görə uğur qazana bilmir ki, müxalifət daxilində qərblə əməkdaşlıq edən və qərbə inteqrasiyanın vacibliyinə inananlar arasında siyasi ikiüzlülər çoxdur.
Xalq isə bunu qəbul etmir.
Son illərdə ABŞ-da federal dövlətin öz vətəndaşlarını, iş adamlarını dinləməsiylə bağlı da skandallar yaranmışdı.
İndi artıq bu skandallar beynəlxalq səviyyədədi.
Milli Təhlükəsizlik Nazirliyinin onu dinləməsini həzm etməyən bir azərbaycanlı, ABŞ-ın etdiklərinə normal baxırsa, susursa, deməli o birincinin etdiyini haqq edir.
Bu bir daha onu göstərir ki, demokratiya və insan haqları anlayışı nisbidir və gücün formalaşdırdığı şəkildədir.
Bizimyol.info
Son xəbərlər
Son Xəbərlər