“Müsabiqənin ləğv olma xəbərini eşidəndə çox kədərləndim. Komanda ilə çox ciddi hazırlaşırdıq, möhtəşəm bir iş ərsəyə gətirəcəkdik. “Eurovision” tarixində belə bir şey olmayıb. Yarışma onlayn şəkildə keçiriləcək. Həmçinin mən 2020 və 2021-ci ildə ölkəmizi təmsil edəcəm. Qürurverici bir hissdir, çox sevinirəm”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Samirə Əfəndi “12 xal” “Eurovision” fan səhifəsinin canlı yayımına qonaq olarkən qeyd edib.
Sənətçi “Kleopatra” layihəsindəki səhnə performansının bəzi elementlərinin gələn il də istifadə olunacağını söyləyib:
“Xoreoqrafiyamız barədə tam məlumatım yoxdur. Ərsəyə gətirmədiyimiz səhnə performansının bəzi elementləri gələn il də olacaq. Mənə ifa edəcəyim mahnının fərqi yoxdur. Ritmik və həzin ola bilər. Əsas ruhuma toxunan bir mahnı olsun. Əminəm ki, belə də olacaq. Daxili dünyamın səsini insanlara çatdırmaq istəyirəm. Məqsədim qalib olmaqdır.
5 ildir ki, bu səhnəyə can atıram, səhvlərim üzərində çalışıram. Bir döyüşçü kimi məqsədimə çatmaq üçün vuruşuram. Artıq Əfəndi hazırlaşmış bir artistdir. “Kleopatra” mahnımda deyildiyi kimi, heç vaxt məqsədimdən dönmədim. İnsanların mahnı mətni barədə reaksiyalarından xəbərsizəm. Mesajlar var. İnsanlara bildirir ki, maneələrə baxmayaraq öz məqsədinizdən dönməyin, iç dünyanızı dinləyin”.
Son xəbərlər
Son Xəbərlər