Kiyev meri Vitali Kliçko velosipeddən yıxılıb.
“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, mühafizəçilərin müşayiəti ilə işə 5 min avroluq velosipedlə gedən mer baryeri aşmaq istəyərkən yıxılıb. Yoldan keçənlər yardım etmək üçün dərhal merin yanına qaçıblar.
Qeyd edilir ki, mer kimi fəaliyyəti dövründə Kliçko çoxlu sayda gülməli və cəfəng bəyanatları ilə gündəmdədir. Sonuncu çıxışlarından birində Kliçko “kiyevlilərin evinə isti su gəlməsi üçün onu qızdırmaq lazımdır”,- deməklə gülüş hədəfinə çevrilmişdi.

Son xəbərlər
Son Xəbərlər