“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, ukraynalı idmançı deyib: “Briqs bir qədər çılğındır və o, sadəcə istənilən yolla mənimlə qarşılaşmağa cəhd edir. Lakin hazırda bu döyüş real deyildir”.
WBA, IBF, IBO və WBO üzrə kəmərlərin sahibi olan Vladimir Kliçkonun növbəti döyüşü aprelin 25-də Nyu-Yorkun Barclays Center arenasında, öz professional karyerasında hələlik bir dəfə də məğlubiyyətə uğramayan Brayanta Cenninqslə baş tutacaq.
Xatırladaq ki, S.Briqs ötən ilin yazından başlayaraq V.Kliçkonu istənilən yolla döyüşə sövq edir. O, ukraynalı idmançıya çəkmə atıb, 38 yaşlı idmançının məşğul olduğu zala soxulub, restoranlardan birində Vladimirin səhər naharına mane olaraq, görüşəndə rəqibinə mütləq zərbə endirəcəyini vəd edib.
Son xəbərlər
Son Xəbərlər