Kliçko təcili əməliyyat olundu

Kliçko təcili əməliyyat olundu
Oxunma sayı: 1712

Ukraynanın Kiyev şəhərinin meri Vitali Kliçko əməliyyat keçirib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Strana.ua” xəbər verib.

Los-Ancelesdəki (ABŞ) evinə gedən Kliçko təcili Ukraynanın paytaxtına qayıtmalı olub. Buna səbəb onu narahat edən qulaq ağrısı olub. O, dərhal əməliyyat olunub.

Kliçkonun bütün iş görüşmələrini təxirə saldığı bildirilir. Belə ki, onun hərarəti 40 dərəcəyə yaxındır.

Şəhər merinin xəstəxanadan nə vaxt evə buraxılacağı isə hələ məlum deyil.  


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi