Kliçkonu Poroşenko əvəzlədi

klickonu-porosenko-evezledi
Oxunma sayı: 3347

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko “Avropa həmrəyliyi” partiyasının sədri seçilib.

“Qafqazinfo” “UNİAN”a istinadən xəbər verir ki, partiyanın bu gün keçirilən təsis qurultayında, səsvermə nəticəsində, quruma sədrlik Poroşenkoya həvalə edilib.

Xatırladaq ki, mayın 24-də “Petro Poroşenkonun “Həmrəylik” bloku” “Avropa həmrəyliyi” ilə əvəz olunmuşdu. Petro Poroşenkoya qədər sözügedən partiyanın sədri vəzifəsini Vitali Kliçko daşıyırdı.