Kliçkonun keçmiş xanımı ilk dəfə boşanmalarından danışdı

klickonun-kecmis-xanimi-ilk-defe-bosanmalarindan-danisdi
Oxunma sayı: 2382

Kiyev meri Vitali Kliçkonun keçmiş xanımı Natalya Kliçko ilk dəfə boşanmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, İnstaqram səhifəsində ayrılmalarının səbəbi barədə yazıb: 

"25 ildir ortaq yolumuzda olan hər şeyə görə minnətdaram. Boşanmağımız düşünülmüş, qarşılıqlı qəbul edilmiş qərardır. Elə oldu ki, müxtəlif ölkələrdə yaşadığımız uzun illər ərzində həyat yollarımız tədricən ayrıldı. Biz 3 heyrətamiz uşaq böyütdük və əbədi olaraq onların valideynləri olaraq qalırıq”.

Natalya Kliçko Vitali Kliçko ilə dostluq münasibətlərinin qaldığını da vurğulayıb:

“Bizim aramızda hələ də mehriban, hörmətli münasibətlər var. Biz hər zaman bir-birimizi dəstəkləmişik və hər bir şəraitdə dəstəkləməyə davam edəcəyik... Vitaliyə yalnız ən yaxşısını arzulayıram... Həyatın yeni bir hissəsi başlayır”. 

Qeyd edək ki, Kliçko 1996-cı ildən evlidir. Onun Natalya ilə nikahından üç övladı var: Yeqor-Deniel (2000), Yelizaveta-Viktoriya (2002) və Maksim-Aleksandr (2005).