Klimkin istefaya göndərilməsini xahiş etdi

klimkin-istefaya-gonderilmesini-xahis-etdi
Oxunma sayı: 1018

Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin parlamentarilərdən istefaya göndərilməsini xahiş edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazir Facebook səhifəsində yazıb. O deyib ki, çoxdandır istefa haqda düşünürmüş və Vladimir Zelenskinin inauqurasiyasından dərhal sonra ərizə yazıb. 

Xatırladaq ki, Zelenski dünən Xarici İşlər naziri, Müdafiə naziri və Təhlükəsizlik Xidməti rəisinin istefaya göndərilməsi üçün Ali Radaya müraciət ünvanlayıb.