Klinika rəhbəri məhkəmədə ifadə verdi

klinika-rehberi-mehkemede-ifade-verdi
Oxunma sayı: 2123

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvləri - Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə zərərçəkən, “Uroloji Mərkəz” klinikasının sahibi, professor K.Abdullayev ifadə verib. O bildirib ki, dəstə üzvləri evinə basqın edərək onun və həyat yoldaşının əl-qolunu bağlayıblar: “Bizi döyüb təhqir etdilər, üzümə söydülər. Evimdən pullarımı və qiymətli əşyalarımı apardılar”.

Proses davam etdiriləcək.

Murad Əhməd