Klinikanın qarşısında can verən adama kömək edilməyib? - Baş həkim danışdı

klinikanin-qarsisinda-can-veren-adama-komek-edilmeyib
Oxunma sayı: 3060

Xəbər verdiyimiz kimi, paytaxtın Şamaxinka adlanan hissəsində “Yeni med” klinikasının qarşısında qəflətən halı pisləşən orta yaşlı kişi can versə də, adıçəkilən klinikadan heç bir həkim onun köməyinə çatmamışdı.

"Qafqazinfo"nun RealTV.az-a istinadən məlumatına görə, klinikanın baş həkimi Arzu Quliyeva iddialarla bağlı açıqlama verib. Baş həkimin sözlərinə görə, kişi klinikanın qarşısından keçərkən yerə yıxılıb. Dərhal klinikanın əməkdaşları ona yaxınlaşıblar. Məlum olub ki, kişi dünyasını dəyişib: "Küçədə dünyasını dəyişmiş adamı oradan götürmək hüququmuz yoxdur. Biz kişinin telefonunda sonuncu dəfə zəng edilmiş nömrəni tapdıq və zəng vurduq. Həyat yoldaşının nömrəsi imiş. Ona hadisə barədə məlumat verdik və bir qədər sonra hadisə yerinə gəldi".

Baş həkimin sözlərinə görə, hadisə barədə təcili tibbi yardıma da məlumat verilib. Lakin Bakı-Sumqayıt yolunda aparılan təmir işləri nəticəsində ərazidə böyük tıxaclar yarandığından, təcili yardım avtomobili ora gec çatıb.

Baş həkim deyib ki, kişi hadisə yerində dünyasını dərhal dəyişib. Onun kəskin ürək çatışmazlığından dünyasını dəyişdiyi ehtimal olunur.