Demokratik Partiyadan ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton vitse-prezident postuna namizəd qismində NATO-nun Avropadakı qüvvələrinin sabiq ali baş komandanı, admiral Ceyms Stavridisi görür.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, hazırda 61 yaşlı C.Stavridis Massaçusets ştatındakı Tafts Universiteti yanında Fletçer Diplomatiya və Hüquq Məktəbinin dekanıdır.
Onun Demokratik Partiyadan vitse-prezidentliyə namizədliyinin partiya tərəfindən iyulun 25-28-də Filadelfiyada keçiriləcək qurultay ərəfəsində elan olunacağı gözlənilir.
Admiral "ağıllı güc"ün tətbiqinin tərəfdarı kimi tanınır. O, təhlülkəsizlik sahəsində beynəlxalq və dövlət-özəl tərəfdaşlığına xüsusi önəm verir.
Son xəbərlər
Son Xəbərlər