Klinton Davudoğlunu belə çağırırmış- - Yazışmalar

klinton-davudoglunu-bele-cagirirmis-
Oxunma sayı: 7269


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, məktublarda daha çox Klintonun xarici ölkə liderləri və bir sıra nüfuzlu şəxslərlə yazışmaları yer alıb.

E-poçtlarda bəzi maraqlı detallar da göstərilib. 2009-cu ilin 20 sentyabrında Klinton köməkçisinə "Saraya zəng elə və ondan mənə buzlu çay gətirib-gətirməyəcəyini soruş" yazıb.

Sabiq dövlət katibinin elektron məktublarında ən diqqət çəkən məqam isə Türkiyənin sabiq xarici işlər və baş naziri Əhməd Davudoğluna müraciətidir. 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanan protokoldan əvvəl Klintonun yazışmaları da açıqlanıb.

O dönəmdə dövlət katibinin müavini olan Filip Gordon göndərdiyi bir e-mail-də o dövrdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışan Əhməd Davudoğluna bunları yazıb: "Ermənistan tərəfi razı olsa açıqlama sabah veriləcək". 

Klintonun da Davudoğlu ilə yazışmaları yayımlanıb. Yazışmalarda Klinton Davudoğluna hər müraciətində "Davu" deyə xitab edir.

Qeyd edək ki, Hillari Klintonun yalnız 2012-ci ilin may ayında 300-dən çox elektron məktubu yayımlanmışdı.